Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti Və Təchizat İdarəsi “Beyləqan rayonu, Kəbirli kənd 1 nömrəli 504 şagird yerlik tam orta məktəbin əsaslı təmiri və 320 şagird yerlik əlavə korpusun tikinti işlərinin satınalınması” tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlərin qalibi "Araz İnşaatçı" MMC seçilib.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Dövlət Statistika Komitəsinin 515 min 362 manat dəyərindəki “Lot 3. Qazax Rayon Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri işlərinin satın alınması” və 471 min 237.31 manat dəyərindəki “Lot 2. Astara Rayon Statistika İdarəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri işlərinin satın alınması” tenderləri üzrə müqavilə bağlanılıb (01.08.2022) .