Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir-birinin ardınca daha 2 tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, 1 milyon 626 min 142.66 manat dəyərindəki “Respublikanın bir sıra təhsil müəssisələrinin qazanxanalarında cari təmir işlərinin satın alınması” və 674 min 964.34 manat dəyərindəki “İsmayıllı rayonunun bir sıra təhsil müəssisələrində dam örtüklərinin əsaslı təmiri işlərinin satınalınması” üzrə tenderlərin qalibi "Mühəndislik Tikinti Təchizat" QSC seçilib.
Bağlanmış müqavilələrin ümumi dəyəri milyon 2 milyon 301 min 107 manatdır. Qeyd edək ki, şirkətlə bundan əvvəl müxtəlif tarixlərdə qurumun daha 6 tenderi üzrə müqavilə bağlanılıb.