"Aqroservis" ASC Şirvan Təchizat bazasının əsaslı təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1700382471
Satınalan təşkilatın ünvanı: AZ 1075, Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, “Çinar Park” Biznes mərkəzi, bina 1, mərtəbə 4
Müsabiqənin başlama tarixi və vaxtı: 10.08.2023 12:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 30.08.2023 11:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 07.09.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 08.09.2023 11:00
Ödəniş şərtləri
Müqavilənin ümumi dəyərinin 30%-i məbləğinədək avans ödənişi (avans məbləğinin 100%-i həcmində bank qarantiyası təqdim edilməsi şərti ilə) nəzərdə tutulur. Müqavilə üzrə qalan ödəniş (avans ödənişi nəzərə alınmaqla) işlərin hər hissəsi Sifarişçi tərəfindən qəbul edildikdən sonra həmin hissənin dəyərinin 70 faizi 15 bank günü müddətində ödənilməklə həyata keçirilir.
Müqavilənin ümumi dəyərinin 30%-i məbləğinədək avans ödənişi (avans məbləğinin 100%-i həcmində bank qarantiyası təqdim edilməsi şərti ilə) nəzərdə tutulur. Müqavilə üzrə qalan ödəniş (avans ödənişi nəzərə alınmaqla) işlərin hər hissəsi Sifarişçi tərəfindən qəbul edildikdən sonra həmin hissənin dəyərinin 70 faizi 15 bank günü müddətində ödənilməklə həyata keçirilir.
Çatdırılma yeri
"Aqroservis" ASC-nin Şirvan Təchizat bazası
"Aqroservis" ASC-nin Şirvan Təchizat bazası
Çatdırılma şərtləri
DDP
Çatdırılma müddəti
Tender predmeti üzrə işlərin təhvil verilməsi satınalma müqaviləsi imzalandığı tarixdən 270 gün müddətində həyata keçiriləcəkdir.
Tender predmeti üzrə işlərin təhvil verilməsi satınalma müqaviləsi imzalandığı tarixdən 270 gün müddətində həyata keçiriləcəkdir.
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında müvafiq vergi orqanından arayış
Son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
Son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
Nizamnamə
Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış
Dövlət qeydiyyatı haqqında şəhadətnamə (VÖEN)
Rekvizitlər
Malgöndərənin (podratçının) satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özünün, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə məlumat (malgöndərən (podratçı) Daxili İşlər Nazirliyindən və ya ASAN Xidmət Mərkəzlərindən məhkumluq ilə bağlı arayış alır)
Vergi orqanı tərəfindən təqdim olunmuş malgöndərənin (podratçının) müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə arayış
Dövlət Statistika Komitəsindən mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə arayış
Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması
İxtisas göstəriciləri:
Cəlb ediləcək texnikaların sayı, markası, istehsal ili, təyinatı barədə məlumatlar
Müəssisənin əmlakı və ya icarə müqaviləsi olması barədə məlumat
Pul vəsaitlərinin hərəkəti haqqında hesabat
Mənfəət və Zərər haqqında maliyyə hesabatı
Malgöndərənin (podratçının) işçi heyətində çalışan peşəkar mütəxəssislərdən ən azı 1 nəfər olmaqla 3 il inşaat mühəndisliyi üzrə iş təcrübəsi olan baş mühəndis sayı
Malgöndərənin (podratçının) işçi heyətində çalışan peşəkar mütəxəssislərdən ən azı 2 nəfər olmaqla 2 il inşaat mühəndisliyi üzrə iş təcrbəsi olan mühəndis sayı
Malgöndərənin işçi heyətində çalışan SƏTƏM mühəndisi barədə məlumat
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Nərmin Sadıqbəyli, mütəxəssis
Email: [email protected]
Əlaqə telefonu: 051 206 47 17