"Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsi (VÖEN – 5200287501) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti Qubadlı şəhərində yerləşən yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 36 225 492 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 31 mart 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 5 434 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Zaur İbrahimov - Satınalmalar və təchizat departamentinin müdiri
[email protected] +994 51 207 89 98
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 31 mart 2026-cı il tarixinə qədər Zəngilan rayonu, Zəngilan şəhəri ünvanına təqdim edə bilərlər.











