Dövlət Turizm Agentliyi (VÖEN – 1404365471) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti "Lahıc" Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində olan 2 fərdi yaşayış evinin bərpa və gücləndirilməsi işlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 422 718 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 6 aprel 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Mehman Bayramov - Sektor müdiri
[email protected]
+994 12 505 87 04 (2302)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 6 aprel 2026-cı il tarixinə qədər Bakı şəhəri, Nəsimi rayonu, Ü. Hacıbəyli 134 ünvanına təqdim edə bilərlər.












