Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş tenderin nəticələri açıqlanıb.
Tibbi qurum 9,5 milyon manatlıq tenderlər elan etdi - DETALLAR
FED.az xəbər verir ki, tenderin qalibi “Cyberspace” MMC (1400053161) seçilib. Tender çərçivəsində Yeni Yasamal-1 yaşayış massivində idman zalı və minifutbol meydançasının tikintisi üzrə işlər həyata keçiriləcək.
Qalib şirkətə 966 641 AZN təşkil edib.
Qeyd edək ki, “Cyberspace” MMC 2004-cü ildə təsis olunub, nizamnamə kapitalı 40 AZN-dir. Şirkətin qanuni təmsilçisi Sənan Həsənov Musa oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 101, m.14-dür. Şirkət ƏDV qeydiyyatındadır, aktivdir və riskli vergi ödəyicisi kimi qeyd olunmayıb. Borcu yoxdur.