Qızılın qiyməti son dövrlərdə sabit artım meyli nümayiş etdirir.
Bitcoin 111 min dollara gerilədi - DETALLAR
FED.az xəbər verir ki, hal-hazırda bir unsiya qızılın qiyməti 4 225,27 dollar təşkil edir. Bu, gün ərzində 0,88% və ya 36,74 dollar artım deməkdir. Manatla ifadə etsək 1 qram qızılın qiyməti təxminən 231 manat təşkil edir. Hazırkı qiymət səviyyəsi 2025-ci ilin əvvəlindən bəri ən yüksək göstəricilərdən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, qızılın son bir ayda dəyəri 13,6%, son altı ayda isə 26,3% yüksəlib. Daha geniş zaman kəsiyində baxdıqda isə artım daha da nəzərəçarpandır, son bir ildə qiymət 55,5%, son beş ildə 120%, son 20 ildə isə 784,6% artıb.
Görünən odur ki, qızıl uzunmüddətli dövrdə sərmayə baxımından etibarlı alət olaraq qalır.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.