Kriptovalyuta bazarında son günlər müşahidə olunan dalğalanma Bitcoin (BTC)-in qiymətinə də təsirsiz ötüşməyib.
"AFB Bank"ın istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi - BAŞ TUTACAQ
FED.az xəbər verir ki, Bitcoin-in qiyməti 111 114,03 dollar səviyyəsində qərarlaşıb. Bu, son həftələrlə müqayisədə əhəmiyyətli geriləməni göstərir.
Son 1 saat ərzində Bitcoin 0,32%, 24 saatda isə 1,27%, həftəlik müqayisədə isə 9,03% ucuzlaşıb. Yəni, qısamüddətli ticarət dövrlərində azalma tendensiyası davam edir. Bununla belə, uzunmüddətli perspektivdə aktiv hələ də 18,97% illik artım göstərməkdədir.
Hazırda Bitcoin-in bazar dəyəri 2,21 trilyon dollar səviyyəsindədir. Son sutka ərzində 68,62 milyard dollar həcmində Bitcoin alqı-satqısı baş tutub. Dövriyyədə 19,93 milyon BTC mövcuddur ki, bu da ümumi təchizatın 94%-dən çoxunun artıq bazarda olduğunu göstərir.
Ekspertlər hesab edirlər ki, son enişlər bazarda investorların riskli aktivlərdən uzaqlaşması və ABŞ-da faiz siyasəti ilə bağlı qeyri-müəyyənliklər fonunda yaranıb.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.