Qida Təhlükəsizliyi İnstitutu “Xaçmaz, Lənkaran və Bərdə şəhərlərində Regional bölmələrin tikintisi işlərinin satın alınması" tenderinin nəticələrinə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Uğur Tikinti" MMC (VÖEN:1302166871 ) olub.
Şirkətlə 2 334 142 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, "Uğur Tikinti" MMC ilə Ədliyyə Nazirliyi 142 829 manat dəyərində "Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrin inzibati binalarında cari təmir işləri" tenderi üzrə müqavilə imzalanıb.