Milli Arxiv İdarəsi 9 milyon manatlıq tenderin nəticələrini açıqlayıb
FED.az xəbər verir ki, tender “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın maliyyə təminatı ilə bağlı "Dövlət Arxivi Sumqayıt filialı üçün arxiv binasının tikintisi işləri”nin satın alınması” ilə bağlıdır.
FED.az xəbər verir ki, tenderin qalibi "Koneks Construction" MMC olub. Tenderin dəyəri 9 242 698 manatdır.
Qeyd edək ki, şirkət bundan əvvəl Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən elan edilmiş 243 184 manat dəyərindəki “Yolların təmiri ilə əlaqəli müxtəlif təyinatlı yenidənqurma və bərpa işlərinin satın alınması” tenderinin də qalibi seçilib (26.12.2022).
Xatırladaq ki, "Konek Construction" MMC 27.11.2019-cu ildə dövlət qeydiyyatına alınıb.Nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsliçisi Mehdi Fərzəliyev Məhəmmədəli oğludur. Hüquqi ünvanı Az1108, Bakı Şəhəri Binəqədi Rayonu, Səttar Bəhlulzadə, Ev 39, M. 202-də yerləşir.