Qida Təhlükəsizliyi İnstitutu "Xaçmaz, Lənkaran və Bərdə şəhərlərində Regional bölmələrin tikintisi işlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Uğur Tikinti” MMC olub. Şirkətlə 2 milyon 334 min 143 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Ədliyyə Nazirliyinin 142 min 830 manat məbləğindəki “Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrin inzibati binalarında cari təmir işləri” (15.09.2022) tenderini qazanıb