Minatəmizləmə Agentliyi “Sənaye istehsalı olan partlayıcı maddələrin və partladıcı vasitələrin daşınması, saxlanılması, mədaxil və məxaric olunması, mina və hərbi sursatların məhv edilməsində sənaye istehsalı olan partlayıcı maddələrlə davranış, partlayış işlərinin aparılması və ona rəhbərlik edilməsi üzrə şəxsi heyətə təlimlərin keçirilməsi və sertifikatllaşdırılması xidmətlərinin satın alınması” (30 nəfər) üzrə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak üçün tələb olunan məbləğ 100 manatdır, müsabiqə noyabr ayının 19-da başlayır, tələb olunan sənədlər dekabrın 9-dək, tender təklifləri isə dekabr ayının 19-dək təqdim edilməlidir. Zərflər dekabr ayının 20-də açılacaq.
Satınalan təşkilatın ünvanı: AZ1108, Bakı şəhəri, İbrahimpaşa Dadaşov küçəsi, 260