2023-cü ilin avqust ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi birinci yerdə dayanıb.
FED.az xəbər verir ki, bu dövrdə 315,6 milyon dollar dəyərində elektrik enerjisi ixrac olunub.
Bu da ötən illə müqayisədə 279,3 milyon dollar və ya 8,7 dəfə çoxdur.
2022-ci ilin müvafiq dövründə isə 36,3 milyon dollar dəyərində elektrik enerjisi ixrac olunmuşdu.