Qəbələ Rayon İcra Hakimiyyəti “Qəbələ şəhərinin küçə və yollarında əsaslı təmir işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi «ATF» MMC olub. Şirkətlə 485 min 134 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl də Ağsu Rayon İcra Hakimiyyətinin 495 min 059 manat məbləğində “Ağsu şəhərində daxili yolların əsaslı təmiri” tenderi üzrə müqavilə bağlanılıb (11.11.2022).