Ağstafa Rayonu İcra Hakimiyyəti Başçısının Ağstafa Şəhər İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi “Abadlıq işlərinin satınalınması» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi «Topxana Layihə İnşaat» MMC olub. Şirkətlə 434 min 695 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl də Yuxarı Qarabağ Kanalı İstismarı İdarəsinin 147 min 494 manat məbləğində “Yuxarı Qarabağ Kanalının Əsaslı təmir işlərinin satın alınması” tenderi üzrə müqavilə bağlanılıb (25.11.2022).