2020-ci ilin yanvar-sentyabr aylarında Qəbələ rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 5 milyon 208 min 369 manat olan 22 tender keçirilib.
Eləcə də bax: Qazaxda dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, ən çox tenderi Qəbələ rayon İcra Hakimiyyəti keçirib. İdarə 6 tender keçirib. İcra hakimiyyəti həmçinin tenderlərin ümumi məbləğinə görə də birincidir. Belə ki, 6 tenderin ümumi məbləği 4 milyon 125,8 min manat olub.
Bundan başqa, rayonda Qəbələ Suvarma Sistemləri İdarəsi, Qəbələ rayon Mərkəzi Xəstəxanası, Qəbələ Müalicə Diaqnostika Mərkəzi və digər qurumlar tenderlər keçirib.
Rayonda keçirilən ümumi məbləği 5 milyon 208,4 min manat olan 22 tenderdən 5-nin məbləğinin cəmi 4 milyon 118,2 manat edir. Həmin 5 tenderi 2 şirkət qazanıb: "AVS-Təmir-Tikinti" MMC (2 milyon 881,3 min manatlıq 1 tender) və "Qəbələ İnşaat" MMC (1 milyon 236,9 min manatlıq 4 tender).
"AVS-Təmir-Tikinti" MMC və "Qəbələ İnşaat" MMC-nin qazandığı 5 tenderin məbləğinin cəmi rayonda keçirilən bütün tenderlərin məbləğinin cəminin 79%-ni təşkil edir.
FED.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Qəbələ rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir.