2020-ci ilin yanvar-sentyabr aylarında Qazax rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 2 milyon 433 min 912 manat olan 14 tender keçirilib.
Eləcə də bax: Ağcəbədidə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az-ın məlumatına görə, ən çox tenderi Qazax rayon İcra Hakimiyyəti keçirib. İdarə 7 tender keçirib. İcra hakimiyyəti həmçinin tenderlərin ümumi məbləğinə görə də birincidir. Belə ki, 7 tenderin ümumi məbləği 2 milyon 43,6 min manat olub.
Bundan başqa, rayonda Qazax Müalicə Diaqnostika Mərkəzi, Qazax Şəhər Mənzil İstismar Sahəsi və Qazax rayon Psixiatriya Xəstəxanası tenderlər keçirib.
Rayonda keçirilən 14 tenderdən 10-un "Azərtranss" MMC və “Tədarük AS” MMC qazanıb. "Azərtranss" MMC-nin qazandığı 5 tenderin ümumi məbləği 2 milyon 133,9 min manat, “Tədarük AS” MMC-nin qazandığı 5 tenderin ümumi məbləği isə 109 min manat olub.
Təkcə "Azərtranss" MMC-nin qazandığı 5 tenderin məbləğinin cəmi rayonda keçirilən bütün tenderlərin məbləğinin cəminin 88%-ni təşkil edir.
FED.az 2020-ci ilin ilin yanvar-sentyabr aylarında Qazax rayonunda keçirilən tender müqavilələrin siyahısını təqdim edir.