Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti 3 tenderə yekun vurub. Tenderlədən 2-ni Bakı Dövlət Layihə İnstitutu 1-ni isə “Geoproject” MMC udub.
Bu şirkət Zəngilanda tikinti işlərindən 70 milyon - QAZANACAQ
FED.az xəbər verir ki, qurum tenderlərin qalibləri ilə toplamda 633 317 manat məbləğində müqavilələr bağlayıb.
Xatırladaq ki, Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bu barədə hər 3 tenderi dövlət satınalmaları portalından kənar elan edib.
Daha detallı aşağıdakı cədvəldə :
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ |
Cəbrayıl rayonu,Horovlu kəndi qeyri-yaşayış obyektlərinin tikintisi işləri üzrə və Zəngilan rayonu,Cahangirbəyli kəndi fərdi yaşayış evlərinin tikintisi işləri üzrə müəllif nəzarəti xidmətlərinin satın alınması |
Bakı Dövlət Layihə İnstitutu |
120 859 AZN |
Cəbrayıl rayonu,Horovlu kənd və Zəngilan rayonu,Cahangirbəyli kənd yaşayış məntəqələrinin yenidənqurulması layihəsi çərçivəsində torpaq işlərinə,Cəbrayıl rayonu,Horovlu kənd yaşayış məntəqəsində 2,3,4,5 otaqlı fərdi yaşayış evlərinin tikintisi işlərinə müəllif nəzarəti xidmətinin satın alınması |
Bakı Dövlət Layihə İnstitutu |
113 842 AZN |
Zəngilan rayonu,Ağalı kəndi ərazisində istehsalat sahələrinin,bazarın və ticarət obyektlərinin layihələndirilməsi xidmətlərinin satın alınması |
“Geoproject” MMC |
398 616 AZN |