"Azərişıq" ASC Xocavənd rayonu, Tuğ (Binə kəndi) və Zəngilan rayonu ərazisində tikintisi planlaşdırılan Kompleksin xarici elektrik təchizatı işləri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
FED.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "İntegras" MMC-dir.
Qalib şirkətə 2 milyon 010,6 min manat ödəniləcək. (Report)