Cəbrayıl, Qubadlı və Zəngilan Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan və Qubadlıda binaların layihələndirilməsi və interyer-dizayn xidmətləri ilə bağlı 4 tenderə yekun vurub.
FED.az xəbər verir ki, qalib şirkətlərlə toplamda 1 275 116 manat məbləğində müqavilələr imzalanıb.
Daha detallı satınalma predmeti, qalib şirkətlər və məblığlər aşağıdakı kimidir :
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ |
Zəngilan VİP İnzibati binasının layihələndirilməsi xidmətlərinin satın alınması |
“SN Line” MMC |
307 442 AZN |
Zəngilan VİP inzibati bina və Zəngilan inzibati binasının daxili interyer dizaynı xidmətlərinin satın alınması |
“SN Line” MMC |
477 495 AZN |
Qubadlı İnzibati binasının daxili interyer dizaynı xidmətlərinin satın alınması |
“Red Line Studio” MMC |
305 837 AZN |
Zəngilan VİP inzibati binasının layihələndirilməsi və daxili interyer dizaynı,Zəngilan inzibati binasının daxili interyer dizaynı və Qubadlı inzibati binasının daxili interyer dizaynı ilə bağlı monitorinqi xidmətləri |
Sa Partners intl GmBH |
184 342 AZN |