Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Qarabağda layihələndirilmə işləri ilə bağlı 7 tenderə yekun vurub. Tenderlərdən 5-ni “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu, yerdə qalan 2-ni isə Bakı Dövlət Layihə İnstitutu udub.
Ümumilikdə qurum qalib şirkətlərlə 5 706 610 manat dəyərində müqavilələr imzalayıb.
FED.az xəbər verir ki satınalma predmeti və məbləğlər aşağıdakı kimi müəyyən olunub :
Satınalma predmeti |
Qalib şirkət |
Məbləğ (AZN) |
Tərtər rayonu Umudlu qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi |
“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu |
853 730 |
“Şuşa rayonu Malıbəyli kəndində yerləşən yaşayış kompleksinin (14 bina) layıhələndirilməsi” |
“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu |
457 250 |
Şuşa rayonu Malıbəyli qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi |
“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu |
991 790 |
Xankəndi rayonu Kərkicahan qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi |
“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu |
997 690 |
Şuşa rayonu Turşsu qəsəbəsinin yenidənqurulmasının layihələndirilməsi |
“Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu |
784 700 |
Xocalı şəhərində əsaslı təmir olunacaq və yeni tikiləcək fərdi yaşayış mənzillərin (340 mənzil) layihələndirilməsi |
Bakı Dövlət Layihə İnstitutu |
667 656 |
Xocavənd rayonu Xocavənd kəndinin yenidənqurulmasının layihələndirilməsi |
Bakı Dövlət Layihə İnstitutu |
953 794 |