Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsi tərəfindən “Ağdam şəhərinin 2-ci mərhələ yaşayış məhəllələri üzrə transformator məntəqəsinin tikinti-quraşdırma işləri” ilə bağlı elan edilən tender ləğv olunub.
Dövlət agentliyi 1,1 milyon manata media tur təşkil edəcək - ŞİRKƏT AXTARIR - TENDER
FED.az xəbər verir ki, ləğv səbəbi olaraq satınalma prosedurlarını tənzimləyən qanunun 36.1.1-ci maddəsi göstərilir. Bu maddəyə əsasən, müsabiqədə iştirak üçün təklifi, təminatı təqdim etmiş və tələb olunan lisenziya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün tenderin keçirilməsi mümkün olmayıb. Nəticədə, 36.2-ci maddəyə əsasən satınalmanın rəsmi olaraq ləğv edilməsi qərarı verilib.
Layihə üzrə ehtimal olunan qiymət 2.547.024,33 manat idi. Müsabiqə 11 aprel 2025-ci il saat 13:15-də dərc edilmiş, təkliflərin təqdim olunması və zərflərin açılması 12 may 2025-ci il saat 17:00-da nəzərdə tutulmuşdu.
Bu ləğv, transformator məntəqəsinin tikintisi üzrə işlərin yaxın müddətdə yenidən elan ediləcəyi ehtimalını gündəmə gətirir.