Qarabağ Dirçəliş Fondu “Audit xidmətlərinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "PraysvoterhausKupers Audit Azerbaijan" MMC olub. Şirkətlə 17 min 499.4 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də İcbari Tibbi Sığorta Agentliyinin 2 milyon 006 min manat dəyərindəki “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2021-ci il üzrə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BHMS) uyğun olaraq hazırlanacaq birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının Beynəlxalq Audit Standartları (BAS) üzrə auditi xidmətləri"nin satın alınması " tenderinin qalibi seçilib (07.12.2022).