“DOST” agentliyi “DOST Agentliyi və tabeliyində olan təşkilatların maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi, müstəqil audit rəyinin verilməsi, məsləhət və təlim xidmətlərinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Deloitte & Touche” MMC olub. Şirkətlə 446 min 276 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də “2021- ci il yekununa görə Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (BHMS) uyğun maliyyə hesabatlarının audit olması xidmətinin satın alınması" tenderinin qalibi seçilib (28.06.2022).