Əməyin Mühafizəsi Mərkəzi “Audit xidmətinin satınalınması” tenderinin nəticələrini elan edib.
Dövlət qurumu təlim tenderi elan edib - ŞƏRTLƏR
FED.az xəbər verir ki, tenderin qalibi “Abacus Audit and Consulting” (VÖEN: 1503469551) olub.
Tenderin ehtimal olunan qiyməti 12.980,00 AZN olduğu halda, qalib şirkət müqaviləni cəmi 3.700 AZN-ə bağlayıb. Bu isə gözlənilən məbləğdən təxminən təxminən 3,5 dəfə daha dəqiq desək isə 9.280 AZN azdır.
Tender çərçivəsində 01.01.2024-31.12.2024-cü ilədək olan dövr ərzində Mərkəzin maliyyə hesabatlarının tərtib edilməsi üzrə auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətinin satin alınması planlaşdırılır.