Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən elan olunan satınalma tenderlərinin böyük əksəriyyəti ləğv edilib.
10 gündə Maliyyə Nazirliyinin 52 tenderi ləğv edildi – SİYAHI, MƏBLƏĞLƏR, SƏBƏBLƏR
FED.az xəbər verir ki, bu il ərzində ümumi dəyəri 310 min manat olan bu tenderlər müxtəlif xidmət və məhsulların alınması ilə bağlı olsa da, prosedurlar baş tutmayıb.
Tenderlərin ləğv olunmasında ən çox rast gəlinən səbəblərdən biri satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayının üçdən az olmasıdır - satınalmalar haqqında qanunun 36.1.1-ci maddəsi.
Bəzən təqdim edilən sənədlər şərtlər toplusunun tələblərinə uyğun gəlmir, bəzən isə ümumiyyətlə uyğun lisenziyaya malik təchizatçıların sayı üçdən az olur. Bu cür hallar, xüsusilə proqram təminatının alınması, qazanxana və liftlərə texniki baxış kimi mühüm sahələr üzrə elan olunmuş tenderlərin ard-arda baş tutmaması ilə nəticələnib.
Daha diqqətçəkən məqam isə 126 min manatlıq mühafizə xidmətinin satın alınmasına dair tenderin maliyyələşdirilməsinin ümumiyyətlə dayandırılmasıdır. Bu, artıq texniki və hüquqi deyil, maliyyə qərarı fonunda baş tutan bir ləğv halıdır.
Daha detallı aşağıdakı cədvəldə:
№ |
Satınalma predmeti |
Ləğv edilmə tarixi |
Ləğv edilmə səbəbi |
Ehtimal olunan qiymət |
1 |
Mühafizə xidmətinin satınalınması |
12.12.2024 17:59 |
Satınalmanın maliyyələşdirilməsi dayandırılıb (36.1.6.) |
|
2 |
Təsərrüfat mallarının satınalınması |
28.08.2024 11:59 |
|
60.000,00 AZN |
3 |
Dəftərxana və təsərrüfat mallarının satınalınması |
11.07.2024 19:56 |
Təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil (36.1.2.) |
69.000,00 AZN |
4 |
Proqramların satınalınması |
09.04.2025 11:29 |
|
|
5 |
1C proqramının alınması və quraşdırılması xidmətlərinin satınalınması |
09.04.2025 11:29 |
|
4.000,00 AZN |
6 |
Liftlərə texniki baxışın keçirilməsi |
09.04.2025 11:29 |
|
|
7 |
Qazanxanaya və nasosxana texniki baxışin keçirilməsi |
09.04.2025 11:28 |
|
4.000,00 AZN |
8 |
Proqramların satınalınması |
22.02.2025 10:17 |
|
1.000,00 AZN |
9 |
Liftlərə texniki baxışın keçirilməsi |
22.02.2025 10:17 |
|
3.500,00 AZN |
10 |
Qazanxanaya və nasosxana texniki baxışin keçirilməsi |
22.02.2025 10:16 |
|
4.000,00 AZN |
11 |
1C proqramının alınması və quraşdırılması xidmətlərinin satınalınması |
22.02.2025 10:16 |
|
|
12 |
Cari təmir işlərinin satınalınması |
21.01.2025 08:53 |
Təqdim olunan təkliflərdən heç biri şərtlər toplusunun tələblərinə uyğun deyil (36.1.2.) |
30.000,00 AZN |