Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti Milli Qvardiya avtomobil ehtiyat hissələri və servis xidməti üzrə tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, satınalma üzrə qalib “RN Strong” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Qalib şirkətlə 95 min 170 manat 54 qəpik məbləğində müqavilə imzalanıb. Layihənin ehtimal olunan qiyməti isə 153 min 595,86 manat idi.
"RN Strong" MMC bu ilin yanvarında qurumun 47 min 934 manat dəyərindəki nəqliyyat vasitələrinin ehtiyyat hissələrinin alışı və quraşdırılmasının satın alınması tenderinin qalibi olub.











