Azərbaycan Respublikasının Prezidentinin Təhlükəsizlik Xidməti Milli Qvardiya elan etdiyi iki tenderi yekunlaşdırıb.
Füzulidə 6 milyonluq sifariş bu şirkətə - VERİLDİ
FED.az xəbər verir ki, birinci tenderdə təsərrüfat, təmizlik və digər malların alınması nəzərdə tutulub.
Tender üzrə qalib "TNA Group" MMC olub. Qalib şirkətlə bağlanmış müqavilənin dəyəri 131 911 AZN təşkil edib.
Qeyd edək ki, "TNA Group" MMC 2021-ci ildə yaradılıb və nizamnamə kapitalı 20 AZN-dir. Şirkətin qanuni təmsilçisi Sənan Tahirli Eldəniz oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev, ev.26, m.364-dür.
İkinci tenderdə isə maşın və avadanlıqların alınması üzrə qalib "Tech Print AZ" MMC seçilib və müqavilənin dəyəri 92 138 AZN təşkil edib.
Qeyd edək ki, "Tech Print AZ" MMC 2023-cü ildə yaradılıb və nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi Bacixanım Rüstəmova Seyidağa qızıdır. Hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov, ev. 12-dir.
Beləliklə, Prezidentin Təhlükəsizlik Xidməti Milli Qvardiya tenderlərinin yekun dəyəri 224 049 AZN təşkil edib.













