“Əsaslı Tikinti və Təchizat” MMC “Bakı şəhəri, Xətai rayonu , Yeryomenko küçəsi 73 ünvanında yerləşən ofis sahəsinin istifadəsi xidmətinin satın alınması” tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi Rasim Səlim oğlu Rzayev (VÖEN: 1403312202) olub.
Qalib şəxslə 455 940 manat ödəniləcək.
Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).