Azərbaycanda dövlət qurumlarına ofis icarəsindən böyük məbləğlər əldə edən daha bir şirkət məlum olub. Bu “Faktor Qrup-S-1” QSC-dir. Maraqlıdır ki, səhmdar cəmiyyət olmasına baxmayaraq Vergi Xidmətinin məlumat bazasında şirkət barədə ətraflı məlumat (təmsilçisi, nizamnamə kapitalı və sair) göstərilməyib. Hələlik şirkətin yalnız VÖEN-i açıqlanır: 1604133621.
Dövlət qurumu portaldan kənar seçilən ofisi - 155 MİN MANATA İCARƏYƏ GÖTÜRÜB
FED.az xəbər verir ki, “Faktor Qrup-S-1” QSC Azərbaycanda müxtəlif dövlət qurumlarının elan etdiyi tenderlərdə qalib seçilib. Şirkət əsasən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi sahəsində fəaliyyət göstərərək dövlət qurumları ilə böyük məbləğli müqavilələr bağlayıb.
Qeyd edək ki, adı çəkilən şirkət indiyə qədər 7 317 533 AZN dəyərində 6 tender udub.
Şirkətin ən böyük uğurlarından biri Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) tərəfindən elan edilən tenderdə qalib gəlməsi olmuşdur. Bu tender çərçivəsində “3 saylı Bakı DOST Mərkəzi” üçün ümumilikdə 2,490 m² sahənin icarəyə götürülməsi üzrə müqavilə bağlanmışdır. Bu müqavilənin dəyəri 1 792 800 AZN olmuşdur. Sözügedən tender dövlət satınalmaları portalı vasitəsilə elan edilən yeganə tenderdir.
Bundan əlavə, Qida Təhlükəsizliyi Agentliyinin tenderlərində də şirkət qalib seçilib. Agentlik tərəfindən qeyri-yaşayış sahələrinin icarəyə götürülməsi üçün həyata keçirilən iki fərqli tenderdə “Faktor Qrup-S-1” ümumilikdə 2 698 927 AZN dəyərində sifariş qazanmışdır. Bu tenderlərdən biri 2024-cü ilin dekabrında 1 460 887 AZN, digəri isə 2025-ci ilin yanvarında 1 238 040 AZN dəyərində olmuşdur.
Şirkət, həmçinin İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti ilə də əməkdaşlıq edərək icarəyə verilmə sahəsində bir sıra müqavilələr imzalamışdır.
Daha detallı aşağıdakı cədvəldə :
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Məbləğ |
Tarix |
Qida Təhlükəsizliyi Agentliyi |
Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi xidmətinin satın alınması |
|
|
Qida Təhlükəsizliyi Agentliyi |
Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında |
|
|
"Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi" PHŞ |
Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən “3 saylı Bakı DOST Mərkəzi” PHŞ üçün inzibati bina sahəsinin icarəsinin satın alınması |
|
|
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi |
Qeyri-yaşayış sahəsinin icarəyə götürülməsi |
|
|
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi |
Əmlakın (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi |
1 370 016 AZN |
|
İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi |
Əmlakın (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi |
|
|