Dövlət Radiotezliklər İdarəsi “İcarə xidmətinin satınalması” tenderinin nəticələrini elan edib.
Portaldan gizlədilən 1,2 milyonluq icarə tenderlərinin qalibləri - BƏLLİ OLDU
FED.az xəbər verir ki, tenderin qalibi “Facility Management Group” MMC (VÖEN: 1403645031) olub.
Qalib şirkətlə 172 809 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).