Neftçala Rayon İcra Hakimiyyəti “Neftçala Rayonu Avtomobil Yollarının Əsaslı Təmiri İşlərinin Satın Alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “R.V. Yol İnşaat” firması olub. Şirkətlə 469 413 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Şabran Rayon İcra Hakimiyyəti Başçısının Şabran Şəhəri Üzrə Nümayəndəsinin 184 988 manat məbləğində “Yolların əsaslı təmiri işləri” tenderi üzrə müqavilə bağlanılıb (05.12.2022).