Azərbaycanın dövlət qurumları satınalmaların böyük hissəsini 4-cü rübə saxlayır.
Azərbaycanda ötən il 12 mindən çox - Dövlət Satınalması Olub
FED.az xəbər verir ki, bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Milli Məclisin iqtisadi siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinin iclasımüzakirə edilərkən bildirib.
Onun sözlərinə görə, ötən ildə olduğu kimi, 2022-ci ildə də əksər satınalma metodları üzrə məbləğ və say ifadəsində daha çox satınalma IV rübdə həyata keçirilib.
Belə ki, təqdim edilmiş məlumatlara görə, il ərzində satınalma metodlarının say baxımından 40,5%-i ilin birinci yarısında, 59,5%-i isə ikinci yarısında tətbiq edilib. Məbləğ ifadəsində isə satınalmalara sərf edilən vəsaitlərin 44,1%-i ilin birinci yarısına, 55,9% faiz isə 2-ci yarısına təsadüf edib.
Daha dəqiq baxdıqda isə satınalmaların ciddi hissəsi ilin sonunda – 4-cü rübdə baş verib.
Belə ki, dövlət satınalmalarının məbləğ ifadəsində 35,1%-i və ya 2379,9 mln. Manatı 4-cü rübd bvş verib.
O cümlədən
açıq tender üzrə satınalmaların 28,2%-i və ya 628,5 mln. manatı,
elektron açıq tender üzrə satınalmaların 43,0%-i və ya 517,5 mln. manatı,
kotirovka sorğusu üzrə satınalmaların 44,1%-i və ya 30,0 mln. manatı,
təkliflər sorğusu üzrə satınalmaların 68,7%-i və ya 689,0 mln. manatı,
bir mənbədən keçirilən satınalmaların 22,6%-i və ya 515,0 mln. manatı
ilin IV rübünü əhatə edib.