Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 2025-ci il üçün inzibati binası və həyətyanı sahəsində yerləşən dekorativ bitkilərlə bağlı yeni tender elan etmişdi.
Dövlət şirkəti üçbucaq işıqlar alır - TENDER ELAN EDİLDİ
FED.az xəbər verir ki, tenderin predmeti aqro xidmətlərin göstərilməsi, həmçinin yeni bitkilərin, güllərin və əklillərin satın alınması idi. Lakin bu iri dövlət qurumunun keçirdiyi satınalma müsabiqəsi baş tutmayıb.
Tenderin ləğv edilməsinə təqdim olunan təkliflərin heç birinin şərtlər toplusunun tələblərinə cavab verməməsi səbəb olub. Konkret olaraq, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.2-ci bəndinə əsaslanaraq müsabiqə ləğv edilib.
Maliyyə Nazirliyinin bu tender üzrə ehtimal olunan qiyməti 20 min 129 manat 62 qəpik olaraq göstərilib. Müsabiqənin elan tarixi 16 yanvar 2025-ci il saat 15:23, təkliflərin son təqdim edilmə müddəti isə 17 fevral 2025-ci il saat 16:30 olmuşdu. Eyni gün və saatda zərflərin açılışı da planlaşdırılmışdı.