Ədliyyə Nazirliyi "Penitensiar Xidmətin Təchizat İdarəsi" tərəfindən yumşaq inventarların satın alınması üzrə elan edilmiş iki açıq tenderin nəticələri açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hər iki tenderin qalibi "Esen Tekstil" MMC olub. Şirkətlə imzalanan müqavilələrin ümumi dəyəri 6 773 043 manat təşkil edir.
Müqavilələrin detalları aşağıdakı kimidir:
Yumşaq inventarların satın alınması – 3 880 430 manat.
Yumşaq inventarların satın alınması – 2 892 613 manat.
Qeyd edək ki, “Esen Tekstil” MMC 2021-ci ildə yaradılıb, nizamnamə kapitalı 100 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rəşid Xəlilov Tahir oğludur. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Mikrorayon 7, ev 29 B, m. 86 ünvanında yerləşir.










