Göygöl Suvarma Sistemləri İdarəsi 28 aprel 2020-ci ildə bağladığı tender müqaviləsinə xitam verib.
Eləcə də bax: Dövlət qurumunun tender keçirməyə pulu çatmadı - TƏXİRƏ SALINDI
FED.az xəbər verir ki, idarə icra edilməmiş ümumillikdə 504 min 954 manat məbləğində vəsaitin icrasına 21 avqust 2020-ci il tarixində xitam verib.
Xatırladaq ki, 28 aprel 2020-ci ildə “Enerji-Tikinti Servis” MMC Göygöl Suvarma Sistemləri İdarəsinin 4 tenderini qazanmışdı.
Bu tenderlər aşağıdakılardır.
- Torpaqqazan mexanizmlər və avtomobil ehtiyat hissələrinin satın alınması – 197 min 217 manat;
- Meliorasiya və irriqasiya sistemlərinin cari təmiri üçün material və avadanlıqların satın alınması – 190 min 747 manat;
- Əsaslı təmir üçün material və avadanlıqların satın alınması – 167 min 200 manat;
- Subartezian quyularının və nasos stansiyalarının təmiri üçün materialların və ehtiyat hissələrinin satın alınması – 100 min 290 manat.
Ümumi məbləği 655 min 454 manat məbləğində olan tender müqaviləsindən şirkətə 150,5 min manatı ödənildikdən sonra Göygöl Suvarma Sistemləri tenderə xitam verib.
Qeyd edək ki, "Enerji Tikinti Servis" MMC 10 manat kapitalla 26 sentyabr 2018-ci ildə yaradılıb. Şirkətin qanuni təmsilçisi Dilqəm Rüstəmov Asif oğludur.