Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsi tərəfindən elan edilmiş tender müsabiqəsi ləğv olunub.
Agentlik 69 min manata Toyota markalı avtomobillər aldı - DETALLAR
FEDaz xəbər verir ki, tender Baş Mühafizə İdarəsinin Xəzər RMİ-nin inzibati binasının əsaslı təmiri işlərini əhatə edirdi.
Müsabiqə üzrə ehtimal olunan qiymət 375.173,00 AZN məbləğində müəyyən olunmuşdu. Tenderin dərc edilmə tarixi 16.01.2025 saat 16:14, təkliflərin son təqdim olunma tarixi və vaxtı isə 04.02.2025 saat 16:00 idi. Zərflərin açılışı da həmin gün, 04.02.2025 saat 16:00-da nəzərdə tutulmuşdu.
Lakin tender nəzarət orqanının qərarı ilə ləğv edilib. Qərar 14.03.2025-ci il tarixli AİBNDA/SQ-825/2025 nömrəli sənəd əsasında qəbul olunub. Ləğv edilmə mətnində qeyd olunur ki, nəzarət orqanının qərarına əsasən müsabiqə dayandırılıb.