Təhsil Nazirliyinin Təsərrüfat Hesabli Əsasli Tikinti və Təchizat İdarəsi yemək tenderi ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "TAİS İKF" (VÖEN: 1400019741) olub.
Şirkətlə 14 311 290 manat məbləğində müqavilə imzalanıb.
Müqavilədə Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatının satın alınması nəzərdə tutulur.