Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və Kompleks Mexaniki Təminat İdarəsi "Özüboşaldan və evakuator tipli nəqliyyat vasitələrinin satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki. tenderin qalibi "Hayat Group" MMC ((VÖEN: 1601930261)) seçilib.
Qalib şirkətə 3 ədəd nəqliyyat vasitəsi üçün 399 548 manat ödəniləcək.
"Hayat Group" MMC daha öncə “Təmiz Şəhər” ASC-nin 4 668 080 manat məbləğindəki "Şuşa şəhərində məişət tullantılarının idarə olunması üçün tələb olunan xüsusi texnika və yeraltı konteynerlərin satınalınması"(25.01.2023), Texnoloji Komplektləşdirmə İdarəsinin 3 306 000 manat dəyərindəki "Avtomobil nəqliyyat vasitələrinin satınalınması" (06.01.2023) və 1 839 620 manat dəyərindəki "Melorasiya, İrriqasiya obyektlərinin və hidrotexniki qurğuların istismarı üçün istehsalat nəqliyyat vasitələrinin (buldozerlərin) satınalınması" tenderlərinin qalibi olub (03.11.2022).
Xatırladaq ki, "Hayat Group" MMC 29.10.2013-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 148 520 manatdır. Qanuni təmsilçisi Babək İbrahimov Mikayıl oğludur. Hüquqi ünvanı Az1014 Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi ev 50, giriş 2, m 10-da yerləşir.