Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi bir-birinin ardınca üç tender müqaviləsi bağlayıb.
FED.az xəbər verir ki, qalib şirkətlərdə aşağı tenderlər üzrə göstərilən məbləğdə müqavilə imzalanıb.
Belə ki, 843 min 078 manatlıq "Yumşaq inventar,yataq ləvazimatı və xüsusi geyimlərin satınalınması" tenderinin qalibi "Cavidan N" MMC, 930 min 304 manatlıq "İstehsalat nəqliyyat vasitələrinin (tırtıllı ekskavatorların) satınalınması" tenderinin qalibi "AS Texnika" MMC,3 milyon 306 min manat dəyərindəki "Avtomobil nəqliyyat vasitələrinin satınalınması" tenderinin qalibi "Hayat Group" MMC seçlib.
Qalib şirkətlərlə ümumilikdə 5 milyon 079 min 382 manat məbləğində müqavilə imzalanıb.