İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi növbəti tenderin nəticələrini elan edib.
FED.AZ xəbər ki, tenderin qalibi “Caspel” MMC olub.
Qalib şirkətə 4 243 148 manat ödəniləcək.
Tenderdə "Hitachi məlumat saxlama qurğusunun fiziki yaddaşları və Cisco şəbəkə avadanlıqları”nın satın alınması nəzərdə tutulur.
“Caspel” MMC daha öncə də həmin qurumun 1 104 241 manat dəyərindəki "Cisco şəbəkə avadanlıqlarının, əlaqə modullarının, lisenziyaların, texniki dəstək xidmətlərinin göstərilməsinin və quraşdırma işlərinin görülməsi”nin satın alınması" tenderinin qalibi seçilib (31.05.2023).