Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi mühafizə xidməti ilə bağlı daha bir təkliflər sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, həmin sorğuda bir sıra təhsil müəssisələrində (55 ədəd) mühafizə xidmətinin satınalınması nəzərdə tutulur.
- Azərbaycanda mühafizə tenderlərini kimlər udur? – YARISI BİR ŞİRKƏTİNDİR - SİYAHI, MƏBLƏĞLƏR
- "Gesco" şirkəti nazirlikdən 4,8 milyon manatlıq mühafizə tenderi uddu - NƏTİCƏ
Qalib şirkət isə “Alov Mühafizə” MMC (VÖEN: 1601045851) seçilib.
Şirkətlə 3 753 377 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, "Alov Mühafizə" MMC S.Pişəvəri Adına Respublika Humanitar Fənlər Gimnaziyasının 31 250 manat dəyərindəki "Mühafizə xidməti" tenderinin qalibi olub (02.01.2023).