Təhsil Nazirliyi sosial şəbəkələrdə məktəblilər üçün noutbukların alınması zamanı qanunsuzluğu yol verilməsi ilə bağlı iddialara cavab verib.
Eləcə də bax: Təhsil Nazirliyi 5,6 milyon manatlıq noutbuklar alacaq - TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, məlumatda nazirliyin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən bu il ərzində ayrılmış büdcə vəsaitləri çərçivəsində təhsil müəssisələrində təhsil alan şagirdlərin noutbuklarla təmin olunması məqsədi ilə noutbukların satınalınması üzrə tender elan edildiyi bildirilib.
Qeyd olunub ki, tender nəticəsində qalib gələn “İnfinitech” MMC ilə noyabrın 19-da 6 874 ədəd noutbukların alınması üzrə 5604922,12 manat dəyərində müvafiq satınalma müqaviləsi bağlanıb.