Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tədris müəssisələri üçün komputer avadanlıqlarının (noutbukların) alınması məqsədilə “İnfinitech” MMC ilə müqavilə imzalayıb.
Eləcə də bax: Agentlik İT-avadanlığın satınalınmasına 1,9 milyon manata yaxın pul - XƏRCLƏYƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı İnterfax-a istinadən xəbər verir ki, noyabrın 19-da cəmiyyət ilə 6874 ədəd noutbukun alınmasına dair müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 5 milyon 604 min 922,12 manatdır (ƏDV daxil olmaqla).
Beləliklə, bir noutbukun dəyəri 815,38 manat təşkil edir (ƏDV daxil olmaqla)