Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən sanitar gigiyena xidmətlərinin (deratizasiya, dezinseksiya və dezinfeksiya) göstərilməsinin satınalınması üzrə elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi “Ecomedi” QSC olub. Müqavilənin ümumi dəyəri 5 608 948 manat təşkil edir. Ehtimal olunan qiymət isə 5 887 437 manat idi.
Qeyd edək ki, “Ecomedi” QSC bu yaxınlarda "Yeni Klinika" PHŞ tərəfindən 2026-cı il üçün elan edilən dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətləri tenderinin də qalibi olub. Həmin müqavilənin dəyəri 25 571 manat təşkil edib.











