Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda ümumtəhsil müəssisələrinə yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlərin satın alınması nəzərdə tutulur.
Tenderdə iştirak etmək istəyənlər 1100 (bir min bir yüz) manat məbləğdə iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu Bakı şəhəri, Y.Bakuvi küçəsi, 18 nömrəli ünvandan (əlaqələndirici şəxs-İlham Şixbabayev, tel: (+99412) 465 73 48) ala bilərlər: Təşkilat: Elm və Təhsil Nazirliyi Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı Kod: 805603 VÖEN: 9900001881 M/h: AZ03NABZ01350100000000002944 S.W.I.F.T. İBAZAZ 2X H/h: AZ88IBAZ38030019441856517211 VÖEN: 1500016711.
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri (müvafiq icra orqanı tərəfindən verilmiş, rəsmi blanklarda və möhürlə təsdiq olunmuş) təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- qeydiyyatdan keçdiyi ölkə (Təqdim olunması məcburidir. Dövlət reyesterindən çıxarış və VÖEN notarial qaydada təsdiq edilib əlavə edilməlidir);
- nizamnamə (Təqdim olunması məcburidir. Notarial qaydada təsdiq edilmiş sənəd əlavə edilməlidir);
- rekvizitlər (Təqdim olunması məcburidir. Müvafiq sənəd əlavə edilməlidir);
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Təqdim olunması məcburidir. Son aldığı təsdiq olunmuş arayışı təqdim etməlidir. Bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən maliyyə hesabatının surəti təqdim edilməlidir. Notarial qaydada təsdiq edilmiş sənəd əlavə edilməlidir);
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Təqdim olunması məcburidir. Bir ildən az müddətdə fəaliyyət göstərirsə həmin dövrü əhatə edən bank arayışı təqdim edilməlidir. 01.07.2023-cü il tarixdən sonra alınmış arayış əlavə edilməlidir);
- iddiaçının 2022-ci ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Təqdim olunması məcburidir. Təsdiqedici sənəd əlavə edilməlidir);
- iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin arayışı təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. Təsdiqedici sənəd əlavə edilməlidir);
- Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış (Təqdim olunması məcburidir. Uçotda olduğu vergi orqanından alınmalıdır. Notarial təsdiq edilməsi mütləqdir. 01.07.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Təqdim olunması məcburidir. Uçotda olduğu vergi orqanından alınmalıdır. Notarial təsdiq edilməsi mütləqdir. 01.07.2023-cü il tarixdən sonra alınmış arayış qəbul ediləcəkdir);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd (vəzifəyə təyin edilməsi barədə əmrin təsdiq olunmuş surəti və ya müvafiq səlahiyyətin verilməsi barədə etibarnamə təqdim edilməlidir. Təsdiqedici sənəd əlavə edilməlidir);
- iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat (Vergi orqanı və yaxud Kommersiya Məhkəməsi tərəfindən təqdim olunmuş sənəd təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir. Təsdiqedici sənəd əlavə edilməlidir);
- iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər (Daxili İşlər Nazirliyindən və ya "ASAN xidmət" mərkəzlərindən alınmış arayış qəbul ediləcəkdir. Əgər sənəd elektron formada alınıbsa, notarial təsdiq edilməsi mütləqdir, təsdiqedici sənəd əlavə edilməlidir); - iddiaçı tərəfindən doldurulmuş tenderin Əsas şərtlər toplusunun "Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat" cədvəli, təsdiqedici sənədlər əlavə olunmaqla (Əlavə 1) (Təqdim olunması məcburidir. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə məlumatlar və müvafiq sertifikatlar əlavə edilməlidir. Tələb olunan təsdiqedici sənədlər əlavə olunmaqla təqdim edilməlidir);
- tenderin Əsas şərtlər toplusunda göstərilən bütün digər sənədlər;
- iddiaçının tender təklifi (zərflərin açıldığı tarixdən sonra azı 60 bank günü qüvvədə olmalıdır; ödəniş şərtləri, malların tam göndərilməsi (təhvil verilməsi) müddəti və mallar üçün təminat şərtləri barədə məlumatlar tender təklifinin tərkib hissəsi sayılaraq təqdim olunmalıdır); -
iddiaçının tender təklifinin bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır və tender təklifinin ümumi qiymətinin 1 (bir) faizini təşkil etməlidir); -
icraçı malların korlanmadan və zədələnmədən, sifarişçinin müəyyən etdiyi sonuncu təyinat məntəqəsinə qablaşdırma, markalanma və daşınmasını təmin etməlidir. Müqavilə imzalandığı tarixdən malların (iş və xidmətlərin) 100 (bir yüz) faizi ən geci 90 təqvim günü ərzində icraçı tərəfindən sifarişçiyə təhvil verilməsi başa çatdırılmalıdır.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda qeyd olunan sənədləri 15.08.2023-cü il saat 16:00-dək, tender təklifi və tender təklifinin bank təminatını 23.08.2023-cü il saat 16:00-dək yuxarıda göstərilən ünvana təqdim etməlidirlər. İ
ddiaçıların təklifləri 24.08.2023-cü il saat 16:00-da Elm və Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin iclas zalında açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.
Tələb olunan işlərin siyahısı üçün keçiddən istifadə edə bilərsiniz