Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatı xidmətinin satınalınaması” tenderinin nəticələrini elan edib.
Təhsil Nazirliyi 3,7 milyon manatlıq yemək xidmətini - BU ŞİRKƏTDƏN ALDI
FED.az xəbər verir ki, tenderin qalibi “Tais İKF” MMC (VÖEN: 1400019741) olub.
Qalib şirkətə 9 934 932 manat ödəniləcək.
Tender çərçivəsində 7-17 yaş və 4 – 6 qrupu üzrə təhsilalanlar səhər, nahar və axşam yeməyi ilə təchiz olunacaqlar.
Xatırladaq ki, “Tais İKF” MMC 1994-cü ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Rafail Şirinov Məmməd oğludur. Hüquqi ünvanı AZ1029, Bakı Şəhəri Nərimanov Rayonu, Ələsgər Qaibov, ev 5 ünvanında yerləşir.