Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Elm və Təhsil Nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2024-cü il ərzində yeməklə təchizatının satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 1 500 manat təşkil edir .
Satınalan təşkilatın VÖEN-i: 1500016711
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Y.Bakuvi küçəsi 18
Müsabiqənin başlama tarixi və vaxtı: 30.11.2023 11:30
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı:
20.12.2023 12:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 28.12.2023 12:00
Zərflərin açılış tarixi və vaxtı: 29.12.2023 12:00
Ödəniş şərtləri : Sifarişçi İcraçıya 30 (otuz) faiz avans ödəyə bilər.
Çatdırılma yeri : Ölkə ərazisindəki bir sıra təhsil müəssisələri
Çatdırılma müddəti : Müqavilə imzalandığı tarixdən 31 dekabr 2024-cü il tarixinədək mallar (iş və xidmətlər) dövlət təminatında olan təhsilalanların müvafiq yaş qrupları üzrə hazırlanmış 14 sayda gündəlik menyulara uyğun sıra ardıcıllığı gözlənilməklə bu müddət ərzində tenderin əsas şərtlər toplusunda göstərilmiş 56 təhsil müəssisəsində Sifarişçinin sifarişə əsasən gündəlik təhvil verilməlidir.
Çatdırılma şərtləri : DDP
Tələb olunan sənədlər :
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
Qeydiyyatdan keçdiyi ölkə
Nizamnamə
Rekvizitlər
iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
iddiaçının 2022-ci ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
iddiaçının mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinə aid olması ilə bağlı məlumat
İxtisas göstəriciləri:
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış
Son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
tender təklifini və satınalma müqaviləsini imzalamaq salahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
iddiaçının müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat
iddiaçının satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsini təsdiq edən sənədlər
iddiaçı tərəfindən doldurulmuş tenderin əsas şərtlər toplusunun ”Malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğuna dair məlumat” cədvəli, təsdiqedici sənədlər əlavə olunmaqla (Əlavə 1)
müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması;
AZS ISO 9001:2020 sertifikatına malik olması.
AZS ISO 22000:2022 sertifikatına malik olması
Oxşar işlərə dair son 1 ildə bağlanmış müqavilələr barədə məlumat
Maliyyə imkanları
Texniki imkanları
İşlər üçün Iddiaçının nəzərdə tutduğu əsas avadanlıqlar və nəqliyyat vasitələri barədə aşağıdakılara uyğun olaraq bütün məlumatlar bildirilməlidir
İşçilərin ixtisası və təcrübəsi
Tender iştirakçısı cəlb edildiyi mövcud məhkəmə araşdırmaları haqqında məlumatlar
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – İlham Şixbabayev, Müdir müavini
Email: [email protected]
Əlaqə telefonu : 0124657348