Müdafiə Nazirliyi “Müdafiə Nazirliyi üçün təmizlik və yuyucu vasitələrin satın alınması” üzrə tender elan edir
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 1000 manatdır. Müsabiqə yanvar ayının 5-də başlayır.Tələb olunan sənədlər yanvarın 26-dək, təkliflər isə fevralın 3-dək təqdim edilməlidir. Zərflər fevral ayının 6-da açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 1300162621
Satınalan təşkilatın ünvanı: Parlament prospekti 3
ÇATDIRILMA YERİ
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
ÇATDIRILMA MÜDDƏTİ
2023-cü il ərzində hissə-hissə
№ |
Başlıq |
Açıqlama |
Miqdar |
Ölçü vahidi |
1 |
Maye sabun |
MAYE SABUNUN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Orqanoleptik göstəricilərinə görə maye sabun aşağıda göstərilən tələblərə cavab verməlidir: Sabun formaca maye (duru) halında olmalıdır və plastmast qablara qablaşdırılmalıdır. Plasmast qablar çartlamaya davamlı materialdan hazırlanmalıdır, forması deformasiyaya uğramamalıdır. Maye sabun bənövşəyi rəngdə istehsal olmalıdır. Sabunun rəngi işıqlı, eyni tonda və ləkəsiz olmalıdır. Sabundan xoş ətir qoxusu gəlməlidir. Fiziki və kimyəvi xüsusiyyətlərinə görə maye sabun aşağıdakı göstəricilərə uyğun olmalıdır: - yağ turşularının miqdarı, ən azı, % - 15; - qətran turşuları yağ turşularına nisbətlə miqdarı,ən çoxu,% - 2; - spirtdə həll olmayan maddələrin miqdarı ən çoxu, % – 0,5; MAYE SABUNUN MARKALANMASI VƏ QABLAŞDIRILMASI Maye sabun 1-5 kq-lıq plastmast qablara qablaşdırılmalıdır və qabların üzərində aşağıdakı məlumatlar əks olunmalıdır: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - sabunun adı; - sabunun çəkisi; - sabunun istehsal ili və istifadə müddəti; - sabun “Müdafiə Nazirliyi” üçün hazırlanmışdır, satışı qadağandır sözləri. Maye sabun yuxarıda göstərilən qaydada istehsal olunduqdan sonra hər birində 4 ədəd olmaqla karton qutulara qablaşdırılmalıdır. Qutuların üstünə qablaşdırma yarlığı yapışdırılmalıdır. Qablaşdırma yarlığının sahəsi 150 sm2-dən çox olmamalıdır. Yarlıq aşağıdakı məlumatları özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - sabunun adı; - qablaşdırmada olan sabunun sayı və çəkisi; - qablaşdırmanın ümumi çəkisi; - sabunun istehsal ili; - sabun “Müdafiə Nazirliyi” üçün hazırlanmışdır, satışı qadağandır sözləri. |
100000 |
kg |
2 |
Gigiyenik sabun (quru) |
GİGİYENİK SABUNUN (QURU) HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Orqanoleptik göstəricilərinə görə sabun aşağıda göstərilən tələblərə cavab verməlidir: Xarici görünüşü bir cinsli olmalı, üzərində çatlar, ləkələr, lay-lay dağılmalar olmamalıdır. Üzərindəki damğalar aydın oxunmalıdır. Sabun formaca yumru və ya oval şəkilli ola bilər, səthi hamar olmalıdır. Sabun tikəsinin bir tərəfinə nominal çəkisi və Müdafiə Nazirliyinə aid olmasını göstərən şərti işarə “MN” əks olunmalıdır. Sabun tikəsinin forması deformasiyaya uğramamalıdır. Sabun ağ və ya sarı rəngdə olmalıdır. Sabunun rəngi işıqlı, eyni tonda və ləkəsiz olmalıdır. Sabundan limon ətri (xoş ətir) gəlməlidir. Fiziki və kimyəvi xüsusiyyətlərinə görə gigiyenik sabun aşağıdakı göstəricilərə uyğun olmalıdır: - yağ turşularının miqdarı, ən azı, % – 75; - qətran turşuları yağ turşularına nisbətlə miqdarı,ən çoxu,% - 5; - 105 °C-də uçan maddələrin miqdarı, ən çoxu %, – 17; - sərbəst qələvi miqdarı, ən çoxu, %, (NaOH olmaqla) – 0,05; - sabunlaşa bilməyən maddələrin miqdarı, ən çoxu, %, – 1,5; - NaCL miqdarı, ən çoxu, % – 1,0; - spirtdə həll olmayan maddələrin miqdarı ən çoxu, % – 2,0; - titr nöqtəsi ən azı, (°C) – 36; - sabun tikəsinin çəkisi, qr. – 100. SABUNUN MARKALANMASI VƏ QABLAŞDIRILMASI Sabun tikələrinin hər biri fərdi olaraq vakum şəkildə şəffaf polietilen qablaşma ilə qablaşdırılmalıdır. Hər bir qablaşmanın üzərində sabunun istehsal ili,sabunun saxlama müddəti göstərilməlidir. Qablaşdırılmış sabun tikələri 100 ədəd olmaqla karton qutulara yıgılmalıdır. Qutuların üstünə qablaşdırma yarlığı yapışdırılmalıdır. Qablaşdırma yarlığının sahəsi 150 sm2-dən çox olmamalıdır. Yarlıq aşağıdakı məlumatları özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - sabunun adı; - sabunun tikəsinin sayı və çəkisi; - qablaşdırmada olan sabunun çəkisi; - qablaşdırmanın ümumi çəkisi; - sabununun istehsal ili və istifadə müddəti. - sabun «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır sözləri . |
100000 |
kg |
3 |
Təsərrüfat sabunu |
TƏSƏRRÜFAT SABUNUNUN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Orqanoleptik göstəricilərinə görə təsərrüfat sabunu aşağıda göstərilən tələblərə cavab verməlidir: Sabun tikəsi düzbucaqlı formada səthi hamar olmalıdır, üzərində çatlar, ləkələr, lay-lay dağılmalar olmamalıdır. Üzərindəki damğalar aydın olmalıdır. Sabunun bir üzünə nominal çəkisi digər üzünə isə Müdafiə Nazirliyinə məxsus olmasını göstərən sərti işarə «MN» presləmə üsulu ilə möhürlənməlidir. Sabun tikəsinin xarici görnüşünün deformasiya olunmasına icazə verilmir. Sabun sarı rəngdən qəhvəyi rəngə qədər olmalıdır. Sabundan spesifik zəif sabun iyi və ya ona əlavə olunmuş ətirli maddələrin iyi gəlməlidır. Sabundan üzvi maddələrin parçalanmasından alınan maddələrin, köhnəlmiş piy, balıq və başqa xoşagəlməz iylərin olması yol verilməzdir. Fiziki və kimyəvi xüsusiyyətlərinə görə təsərrüfat sabunu aşağıdakı göstəricilərə uyğun olmalıdır: - sabun tikəsinin orta çəkisinə nisbətən yağ turşularının miqdarı, ən azı, % - 60; - sabun tikəsinin orta çəkisinə nisbətən sərbəst natrium qələvi miqdarı, ən çoxu, % - 0,2; - sabun tikəsinin orta çəkisinə nisbətən sərbəst Na2CO3 miqdarı, ən çoxu, % - 1,0; - sabundan ayrılmış yağ turşularinin donma temp.(titr) oC -35-42; - köpüyün ilkin həcmi, ən azı, ml – 300; - sabun tikəsinin orta çəkisinə nisbətən suda həll olmayan qarışığın miqdarı, ən çoxu, %,- 0,5; - sabun tikəsinin nominal çəkisi – 200-250 qr. TƏSƏRRÜFAT SABUNUNUN QABLAŞDIRILMASI. Sabun tikələri 50 ədəd olmaqla karton qutulara qablaşdırılmalıdır. Qutuların yan tərəfinə qablaşdırma yarlığı yapışdırılmalıdır. Qablaşdırma yarlığının sahəsi 150 sm2-dən çox olmamalı və aşağıdakı məlumatları özündə əks etdirməlidir. - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - sabunun adı; - sabunun tikəsinin sayı və çəkisi; - qablaşdırmada olan sabunun çəkisi; - qablaşdırmanın ümumi çəkisi; - sabununun istehsal ili və istifadə müddəti. - sabunun «Müdafiə Nazirliyi» üçün hazırlanmışdır, satışı qadağandır sözləri . |
5000 |
kg |
4 |
Yuyucu toz tam avtomatik avadanlıqlar üçün |
YUYUCU TOZUN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Orqanoleptik göstəricilərinə görə yuyucu toz aşağıda göstərilən tələblərə cavab verməlidir: Xarici görünüşü toz halında olmalıdır. Yuyucu toz bərabər ölçülü xırda dənəcikvari formada homogen (eyni mənşəli) olmalı, daşlaşmamalı və pis iyli olmamalı, içərisində gözlə görünə bilən kənar maddələr olmamalıdır. Yuyucu toz ağ rəngdə olmalıdır. Yuyucu tozdan xoş ətir qoxusu gəlməlidir. Fiziki və kimyəvi xüsusiyyətlərinə görə yuyucu toz aşağıdakı göstəricilərə uyğun olmalıdır: - xarici görünüşü, ən azı, – homogen; - ph miqdarı – 7-11; - səthi aktiv maddə, ən azı %, – 9. YUYUCU TOZUN MARKALANMASI VƏ QABLAŞDIRILMASI Yuyucu tozu 3 və ya 5 kq-lıq politilen paketlərdə istehsal olunmalıdır. Politilen paketlərin hər birinin üzərində aşağıda göstərilən məlumatlar əks olunmalıdır. - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - yuyucu tozunun adı; - yuyucu tozunun çəkisi; - yuyucu tozunun istehsal ili və istifadə müddəti; - yuyucu tozu “Müdafiə Nazirliyi” üçün hazırlanmışdır, satışı qadağandır sözləri. Yuyucu tozu yuxarıda göstərilən qaydada istehsal olunduqdan sonra isə hər biri 4 ədəd olmaqla karton qutulara qablaşdırılmalıdır. Qutunun yan tərəfinə qablaşdırma yarlığı yapışdırılmalıdır. Qablaşdırma yarlığının sahəsi 150 sm2-dən çox olmamalıdır. Yarlıq aşağıdakı məlumatları özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - yuyucu tozunun adı; - qablaşdırmada olan yuyucu tozunun sayı və çəkisi; - qablaşdırmanın ümumi çəkisi; - yuyucu tozunun istehsal ili; - yuyucu tozu “Müdafiə Nazirliyi” üçün hazırlanmışdır, satışı qadağandır sözləri. |
100000 |
kg |
5 |
Yuyucu maye əl ilə yumaq üçün |
ƏL İLƏ YUMAQ ÜÇÜN YUYUCU MAYENİN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Orqanoleptik göstəricilərinə görə əl ilə yumaq üçün yuycu maye aşağıda göstərilən tələblərə cavab verməlidir: Yuycu maye əl ilə yumaq üçün formaca maye (duru) halında olmalıdır və plastmast qablara qablaşdırılmalıdır. Plasmast qablar çartlamaya davamlı materialdan hazırlanmalıdır, forması deformasiyaya uğramamalıdır. Yuycu maye əl ilə yumaq üçün bənövşəyi,sarı,yaşıl,mavi rənglərdə istehsal olmalıdır. Yuycu mayenin rəngi işıqlı, eyni tonda və ləkəsiz olmalıdır. Yuycu maye xoş ətir qoxulu olmalıdir. Fiziki və kimyəvi xüsusiyyətlərinə görə yuyucu maye əl ilə yumaq üçün aşağıdakı göstəricilərə uyğun olmalıdır: - aktiv xlorun miqdarı ən coxu, - 8 %; - ph, ən azı, ən çoxu, - 7-11; YUYCU MAYENİN MARKALANMASI VƏ QABLAŞDIRILMASI Yuycu maye əl ilə əl ilə yumaq üçün 1-5 kq-lıq plastmast qablara qablaşdırılmalıdır və qabların üzərində aşağıdakı məlumatlar əks olunmalıdır: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - yuyucu mayenin adı; - yuyucu mayenin çəkisi; - yuyucu mayenin istehsal ili və istifadə müddəti; - yuyucu mayenin “Müdafiə Nazirliyi” üçün hazırlanmışdır, satışı qadağandır sözləri. Əl ilə yumaq üçün yuycu maye yuxarıda göstərilən qaydada istehsal olunduqdan sonra hər birində 4 ədəd olmaqla karton qutulara qablaşdırılmalıdır. Qutuların üstünə qablaşdırma yarlığı yapışdırılmalıdır. Qablaşdırma yarlığının sahəsi 150 sm2-dən çox olmamalıdır. Yarlıq aşağıdakı məlumatları özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - yuyucu mayenin adı; - qablaşdırmada olan yuyucu mayenin sayı və çəkisi; - qablaşdırmanın ümumi çəkisi; - yuyucu mayenin istehsal ili; - yuyucu mayenin “Müdafiə Nazirliyi” üçün hazırlanmışdır, satışı qadağandır sözləri. |
180000 |
kg |
6 |
Yuyucu maye qabyuyan avadanlıqlar üçün |
QABYUYAN AVADANLIQLAR ÜÇÜN YUYUCU MAYENİN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Orqanoleptik göstəricilərinə görə qabyuyan avadanlıqlar üçün yuycu maye aşağıda göstərilən tələblərə cavab verməlidir: Qabyuyan avadanlıqlar üçün yuycu maye formaca maye (duru) halında olmalıdır və plastmast qablara qablaşdırılmalıdır. Plasmast qablar çartlamaya davamlı materialdan hazırlanmalıdır, forması deformasiyaya uğramamalıdır. Qabyuyan avadanlıqlar üçün yuycu maye bənövşəyi, sarı, yaşıl,mavi rənglərdə istehsal olmalıdır. Qabyuyan avadanlıqlar üçün yuycu mayenin rəngi işıqlı, eyni tonda və ləkəsiz olmalıdır. Qabyuyan avadanlıqlar üçün yuycu maye xoş ətir qoxulu olmalıdir. Fiziki və kimyəvi xüsusiyyətlərinə görə qabyuyan avadanlıqlar üçün yuyucu maye aşağıdakı göstəricilərə uyğun olmalıdır: - aktiv xlorun miqdarı ən coxu, - 8 %; - ph miqdarı ən azı ,-11,5; - yuma qabliyyəti ən azı,-80% QABYUYAN AVADANLIQLAR ÜÇÜN YUYCU MAYENİN MARKALANMASI VƏ QABLAŞDIRILMASI Qabyuyan avadanlıqlar üçün yuycu maye 1-5 kq-lıq plastmast qablara qablaşdırılmalıdır və qabların üzərində aşağıdakı məlumatlar əks olunmalıdır: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - yuyucu mayenin adı; - yuyucu mayenin çəkisi; - yuyucu mayenin istehsal ili və istifadə müddəti; - yuyucu mayenin “Müdafiə Nazirliyi” üçün hazırlanmışdır, satışı qadağandır sözləri. Qabyuyan avadanlıqlar üçün yuyucu maye yuxarıda göstərilən qaydada istehsal olunduqdan sonra hər birində 4 ədəd olmaqla karton qutulara qablaşdırılmalıdır. Qutuların üstünə qablaşdırma yarlığı yapışdırılmalıdır. Qablaşdırma yarlığının sahəsi 150 sm2-dən çox olmamalıdır. Yarlıq aşağıdakı məlumatları özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - yuyucu mayenin adı; - qablaşdırmada olan yuyucu mayenin sayı və çəkisi; - qablaşdırmanın ümumi çəkisi; - yuyucu mayenin istehsal ili; - yuyucu mayenin “Müdafiə Nazirliyi” üçün hazırlanmışdır, satışı qadağandır sözləri. |
15000 |
kg |
7 |
Yaxalayıcı məhlul |
YAXALAYICI MƏHLULUN HAZIRLANMASINA OLAN ƏSAS TƏLƏBLƏR Orqanoleptik göstəricilərinə görə yaxalayıcı məhlul aşağıda göstərilən tələblərə cavab verməlidir: Yaxalayıcı məhlul formaca maye (duru) halında olmalıdır və plastmast qablara qablaşdırılmalıdır. Plasmast qablar çartlamaya davamlı materialdan hazırlanmalıdır, forması deformasiyaya uğramamalıdır. Yaxalayıcı məhlul ağ rənglərdə istehsal olmalıdır. Yaxalayıcı məhlulun rəngi işıqlı, eyni tonda və ləkəsiz olmalıdır. Yaxalayıcı məhlul xoş ətir qoxulu olmalıdir. Fiziki və kimyəvi xüsusiyyətlərinə görə yaxalayıcı məhlul aşağıdakı göstəricilərə uyğun olmalıdır: - aktiv xlorun miqdarı ən coxu, - 8 %; - ph miqdarı ən azı- 11,5; - yuma qabliyyəti ən azı – 80%; YAXALAYICI MƏHLULUN MARKALANMASI VƏ QABLAŞDIRILMASI Yaxalayıcı məhlul 1-5 kq-lıq plastmast qablara qablaşdırılmalıdır və qabların üzərində aşağıdakı məlumatlar əks olunmalıdır: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - yaxalayıcı məhlulun adı; - yaxalayıcı məhlulun çəkisi; - yaxalayıcı məhlulun istehsal ili və istifadə müddəti; - yaxalayıcı məhlulun “Müdafiə Nazirliyi” üçün hazırlanmışdır, satışı qadağandır sözləri. Yaxalayıcı məhlul yuxarıda göstərilən qaydada istehsal olunduqdan sonra hər birində 4 ədəd olmaqla karton qutulara qablaşdırılmalıdır. Qutuların üstünə qablaşdırma yarlığı yapışdırılmalıdır. Qablaşdırma yarlığının sahəsi 150 sm2-dən çox olmamalıdır. Yarlıq aşağıdakı məlumatları özündə əks etdirməlidir: - istehsalçı müəssisənin əmtəə nişanı; - istehsalçı müəssisənin adı və ya kodu; - yaxalayıcı məhlulun adı; - qablaşdırmada olan sabunun sayı və çəkisi; - qablaşdırmanın ümumi çəkisi; - yaxalayıcı məhlulun istehsal ili; - yaxalayıcı məhlulun “Müdafiə Nazirliyi” üçün hazırlanmışdır, satışı qadağandır sözləri. |
10000 |
kg |