Müdafiə Nazirliyi “Azərbaycan Ordusunun şəxsi heyətinin 2023-cü ildə tibbi təminatı üçün laboratoriyaya aid reaktiv və məsrəf tibbi ləvazimatların satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Labservis LTD” MMC olub. Tenderin dəyəri 802 min 198.42 manatdır.
Qeyd edək ki, şirkət bundan əvvəl Bərdə Rayon İHB-nın Şəhər Nümayəndəliyi tərəfindən edilmiş 701 min 037.41 manat dəyərindəki “Abadlaşdırma işlərinin satın alınması" tenderinin qalibi seçilib (21.12.2022).